Sabirabadda motosikletçi qəzaya düşüb, vəziyyəti ağırdır

Sabirabadda motosikletçi avtomobillə toqquşub, vəziyyəti ağırdır.

 

Azinformasiya.az  xəbər verir ki, hadisə rayonun Güdə Cühür kəndində baş verib. Sabirabad rayonunun Qaratoğay kənd sakini, 1992-ci il təvəllüdlü Heydərli Həbib Kamran oğlu idarə etdiyi motosikletlə VAZ 2104 markalı avtomobillə toqquşub. Ağır xəsarətlər alan motosikletçi Şirvan xəstəxanasına yerləşdirilib və əməliyyata götürülüb. Onun vəziyyətinin ağır olduğu bildirilib.

Faktla bağlı araşdırma aparılır.

 

Azinformasiya.az

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir