İsrail “Hizbullah”ın daha bir komandirini zərərsizləşdirib

Beyrutda İsrailin hava hücumu nəticəsində “Hizbullah”ın rabitə bölməsinin komandiri zərəsizləşdirilib.

 

Azinformasiya.az  xəbər verir ki, bu barədə İsrail Müdafiə Qüvvələri məlumat yayıb.

Bildirilib ki, Məhəmməd Rəşid Səkafi 2000-ci ildən “Hizbullah”ın kommunikasiyalarına rəhbərlik edib və qruplaşmanın rəhbərliyinə yaxın biri olub.

“Səkafi bütün əməliyyatlarda “Hizbullah”ın bölmələri arasında əlaqə imkanlarını inkişaf etdirmək, məlumat axınını saxlamaq üçün əhəmiyyətli səylər göstərib”, – deyə İsrail Müdafiə Qüvvələri bildirib.

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir