Azərbaycan Xarici İşlər Nazirliyinin Mətbuat Xidməti İdarəsinin rəisi Ayxan Hacızadə Ermənistan XİN rəhbəri Ararat Mirzoyana cavab verib.
Azinformasiya.az xəbər verir ki, XİN sözçüsü məsələ ilə bağlı “X” hesabında paylaşım edib.
O paylaşımda bildirib ki, A. Mirzoyan Varşava Forumunda Azərbaycana qarşı həqiqətə uyğun olmayan fikirlər səsləndirib.
A. Hacızadə, həmçinin qeyd edib ki, Varşava Forumu anti-Azərbaycan əhval-ruhiyyəsinin qızışdırılmasına yönəlib.
Belə ki, Ermənistan XİN rəhbəri forum çərçivəsində çıxışı zamanı dezinformasiya və manipulyasiya aparmaqla məşğul olub.
Azinformasiya.az