Bakı Beynəlxalq Avtovağzalında bıçaqlanma olub

Bakıda avtovağzalda sürücülər arasında münaqişə bıçaqlanma ilə bitib.

 

Azinformasiya.az  xəbər verir ki, hadisə Bakı Beynəlxalq Avtovağzal kompleksinin yaxınlığında baş verib.

Avtobus sürücüsü Bayramov Elnur İsrafil oğlu yol hərəkəti qaydaları ilə bağlı aralarında yaranmış mübahisə zamanı əlindəki kəsici alətlə “Mercedes-benz” markalı avtomobilin sürücüsü Məmmədov Qorxmaz Zəki oğlunun bədəninin müxtəluf nahiyyələrinə xəsarətlər yetirib.

Bayramov Elnur İsrafil oğlu şübhəli şəxs qismində saxlanılıb.

Faktla bağlı araşdırma aparılır.

 

Azinformasiya.az

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir