Ərdoğan: Fələstin və Livandan sonra İsrail gözünü Türkiyə torpaqlarına dikəcək

Nə edir etsin, gec-tez İsrailin qarşısı mütləq şəkildə alınacaq.

 

Azinformasiya.az  xəbər verir ki, bu barədə Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan bu gün parlamentin yeni sessiyasının açılışında bildirib.

Onun sözlərinə əsasən, Netanyahu hakimiyyəti Türkiyəni də hədəf olaraq görür.

İsrailə xəbərdarlıq edən Türkiyə lideri, həmçinin bildirib ki, “Livana qurudan hücum əməliyyatının nəticələri keçmişdəki işğallara bənzəməyəcək”.

Ərdoğan, həmçinin qeyd edib ki, Fələstin və Livandan sonra İsrailin gözünü dikəcəyi yer Türkiyə torpaqları olacaq.

“Bədəli nə olursa-olsun, Türkiyə İsrailin qarşısında durmağa davam edəcək”, – Ərdoğan vurğulayıb.

 

Azinformasiya.az

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir