Rusiya “Hizbullah” lideri Həsən Nəsrullahın öldürülməsini və Livana endirilən zərbələri pisləyir.
Azinformasiya.az xəbər verir ki, bunu Rusiya prezidentinin mətbuat katibi Dmitri Peskov bildirib.
Onun sözlərinə əsasən, Kreml bunun regionda sabitliyin əhəmiyyətli dərəcədə pozulmasına səbəb olduğunu düşünür.
“Rusiya tərəfi bu cür hərəkətləri pisləyir, onların regionda vəziyyətin əhəmiyyətli dərəcədə destabilləşməsinə səbəb olduğuna inanırıq. Əsas olan odur ki, Livanda yaşayış məhəllələrinin bu cür bombalanması çoxlu sayda insan tələfatına gətirib çıxarır. Bu, istər-istəməz Qəzzada gördüyümüz kimi humanitar fəlakətə gətirib çıxaracaq”, – deyə Kremlin sözçüsü vurğulayıb.
Azinformasiya.az