İsrail bu həftə ərzində Livanda yerüstü hərbi əməliyyatlara başlaya bilər.
Azinformasiya.az xəbər verir ki, bu iddia ilə “The Wall Street Journal” qəzeti çıxış edib.
Həmçinin bildirilib ki, hazırda adı çəkilən ölkənin ərazisindəki kəşfiyyat fəaliyyəti məhz buna hazırlıq xarakteri daşıyır:
“İsrail ordusunun məqsədlərindən daha biri “Hizbullah”ın gücünü əhəmiyyətli dərəcədə zəiflətməkdən ibarətdir. Hazırda sözü gedən terror qruplaşması əhəmiyyətli dərəcədə zəiflədiyindən İsrail tərəfi Livana hərbi müdaxilə deyil, bu əməliyyatın davametmə müddəti haqqında düşünür. İsrail hökumətinə yönələn təzyiqlərin səbəblərindən biri Livan ərazisində bufer zonasının yaradılması ilə bağlıdır”.
İsrail ordusunun yüksək vəzifəli rəsmisi Hertzi Halevi bu informasiyanı dolayısı yolla təsdiqləyib. O bildirib ki, Livan ərazisindən yönələn təhlükənin qarşısını almaq üçün bütün mümkün addımlar atılacaq.
Qəzetin yazdığına əsasən, ötən həftə İsrail ordusu Livandakı 2000-dən çox obyektə aviazərbələr endirib.
Qeyd edək ki, bölgədə gərginlik sentyabrın 28-də “Hizbullah” lideri Şeyx Həsən Nəsrullahın İsrailin aviazərbələri nəticəsində öldürülməsi ilə daha da artıb.
Azinformasiya.az