HAMAS Livandakı hərəkatın lideri Fateh Şerif Əbu əl-Əmininin İsrailin ölkənin cənubuna endirdiyi zərbə nəticəsində öldürüldüyünü bildirib.
Azinformasiya.az xəbər verir ki, HAMAS-ın bəyanatında deyilir ki, HAMAS-ın Livandakı lideri və hərəkatın xaricdəki rəhbərliyinin üzvü olan Fateh Şerif Əbu əl-Əmin Livanın cənubundakı Əl-Bass düşərgəsindəki evinə endirilmiş zərbə nəticəsində öldürülüb.
Həmçinin bildirilib ki, hücumda onun bir sıra ailə üzvləri də həlak olub.
Azinformasiya.az