Bu gün dağıntılar altından çıxarılan Hizbullah lideri Şeyx Həsən Nəsrullah başından və bədənindən aldığı küt travma nəticəsində həyatını itirib.
Azinformasiya.az xəbər verir ki, bu barədə “Al Nahar” qəzeti Beyrutda hospitallardan birində Şeyx Həsən Nəsrullahın meyiti üzərində aparılan tibbi ekspertizanın nəticəsinə əsasən belə məlumat yayıb.
Qeyd edilib ki, Hizbullah lideri bombalanmanın yol açdığı güclü partlayışlar zamanı başından və bədənindən aldığı küt travma nəticəsində ölüb.
Azinformasiya.az