Tehrana bir mesajım var: əgər İran bizə hücum edərsə, biz də onlara hücum edəcəyik.
Azinformasiya.az xəbər verir ki, bu barədə bu gün İsrailin Baş naziri Benyamin Netanyahu BMT Baş Assambleyasının 79-cu sessiyasında çıxışı zamanı bildirib.
“İranda elə bir nöqtə yoxdur ki, İsrailin ora əli çatmasın”, – Baş nazir qeyd edib.
O, İranın Yaxın Şərqdəki proksi qüvvələrini də təhdid edib.
“Burdakılara və dünyaya da bir mesajım var: biz qalib gəlirik!”, – Netanyahu vurğulayıb.
Azinformasiya.az