Bakıda yaşayış binasında yanğın olub

Bakı şəhərinin Nəsimi rayonunda yanğın olub.

 

Azinformasiya.az  FHN-ə istinadən xəbər verir ki, beşmərtəbəli yaşayış binasının 5-ci mərtəbəsində ümumi sahəsi 42 m² olan 2 otaqlı mənzilin eyvanında 1 ədəd taxtadan ibarət dolab, 1 ədəd kondisioner, 1 ədəd qapı, 1 ədəd pəncərə çərçivəsi və məişət tullantıları 4 m² sahədə yanıb. Yüksək temperaturdan bir otağın tavanı 14 m² sahədə qarsalanıb. Mənzilin qalan hissəsi yanğından mühafizə olunub. Yanğın yanğından mühafizə bölmələri tərəfindən söndürülüb.

 

Azinformasiya.az

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir