Zelenski Rusiyanın Ukraynadakı AES-lərə mümkün hücum təhlükəsi barədə BMT tribunasından xəbərdarlıq edib

Ukrayna Prezidenti Vladimir Zelenski bildirib ki, Rusiya digər ölkələrdən Ukraynanın atom elektrik stansiyalarının peyk şəkillərini alır və onlar haqqında məlumat toplayır. Ukrayna lideri BMT-yə Rusiyanın Ukrayna atom elektrik stansiyalarına hücumu olduğu təqdirdə, nüvə təhlükəsi barədə xəbərdarlıq edib.

 

Azinformasiya.az  xəbər verir ki, bu barədə Vladimir Zelenski sentyabrın 25-də BMT Baş Assambleyasının 79-cu sessiyasında çıxış edərkən bildirib.

Ukrayna Prezidenti BMT-də Ukrayna kəşfiyyatının yeni hesabatına istinadən Rusiyanın Ukrayna atom elektrik stansiyalarına zərbələr hazırladığını bildirib.

Vladimir Zelenski bunun Avropada yeni bir nüvə fəlakətinə səbəb ola biləcəyini vurğulayıb.

 

Azinformasiya.az

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir