Lənkəranda avtomobil 29 yaşlı piyadanı vurub

Lənkəranda piyadanı avtomobil vurub.

 

Azinformasiya.az  xəbər verir ki, hadisə şəhərin dəniz kənarı ərazisində qeydə alınıb. “Daewoo” markalı minik avtomobili Astara rayonunun Kolatan kənd sakini 1995-ci il təvəllüdlü Anar Bəxtiyar oğlu Ağarzazadəni vurub.

Piyada müxtəlif dərəcəli bədən xəsarətləri alıb. O, sürücü tərəfindən Lənkəran rayon mərkəzi xəstəxanasına çatdırılıb.

Faktla bağlı araşdırma aparılır.

 

Azinformasiya.az

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir