Livanın Qəzzaya çevrilməsinə imkan verilməməlidir.
Azinformasiya.az xəbər verir ki, bu barədə BMT-nin Baş katibi Antoniu Quterreş BMT Baş Assambleyasının 79-cu sessiyasında çıxış edərkən deyib.
O bildirib ki, Livan uçurumun kənarındadır.
Baş katib Fələstində baş verənlər barədə də danışıb. “Fələstinlilərin kollektiv cəzalandırılmasına heç nə haqq qazandıra bilməz. Cəzasızlıq, qeyri-bərabərlik və qeyri-müəyyənlik dayanıqlı olmayan dünyaya qapı açır”, – Quterreş vurğulayıb.
Azinformasiya.az