Daşkəsəndə maşın dərəyə aşıb, ölən və yaralanan var

Daşkəsəndə maşın dərəyə aşıb, ölən və yaralanan var.

 

Azinformasiya.az  xəbər verir ki, hadisə Daşkəsən-Əmirvar yolunun 15-ci km-də qeydə alınıb. Kənd sakini Əhmədov Eşqin Arzu oğlu idarə etdiyi Vaz 2106 markalı avtomobillə hərəkətdə olan zaman hava şəraitinin əlverişsiz olması səbəbindən yolun kənarında olan plakata dəyib və yoldan çıxaraq dərəyə düşüb.

Hadisə nəticəsində sürücü ölüb. Həmin vaxt avtomobildə olan sərnişin İsrəfilov Mehman İdris oğlu isə müxtəlif dərəcəli xəsarətlər alaraq xəstəxanaya yerləşdirilib.

Faktla bağlı araşdırma aparılır.

 

Azinformasiya.az

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir