Şəmkirdə 3 nəfəri cərəyan vuraraq öldürüb

Şəmkirdə bədbəxt hadisə olub.

 

Azinformasiya.az  xəbər verir ki, hadisə rayonun Könüllü kəndində baş verib.

Kənd ərazisində 3 nəfəri elektrik cərəyanı vuraraq öldürüb.

Hadisə yerinə polis əməkdaşları cəlb olunub.

Məlumata əsasən, həmin şəxslər küçədə apardıqları nərdivan elektirk naqillərinə toxunub və onları cərəyan vurub.

Faktla bağlı araşdırma aparılır.

 

Azinformasiya.az

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir