Biləsuvarda maşın boruya çırpılıb, sürücü xəsarət alıb

Biləsuvarda yol-nəqliyyat qəzası olub.

 

Azinformasiya.az  xəbər verir ki, hadisə rayonun İsmətli kəndində baş verib.

2003-cü il təvəllüdlü Rəfael Famil oğlu Cabbarlının idarə etdiyi “Mercedes-Benz” markalı minik avtomobil idarəetmədən çıxaraq yol kənarındakı dəmir boruya çırpılıb.

Qəza nəticəsində xəsarət alan sürücü Biləsuvar Rayon Mərkəzi Xəstəxanasına çatdırılıb.

Faktla bağlı araşdırma aparılır.

 

Azinformasiya.az

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir