Xocasəndə yanğın olub

FHN-in “112” qaynar xəttinə Bakı şəhəri, Binəqədi rayonu, Xocahəsən qəsəbəsində yanğın baş verməsi barədə məlumat daxil olub.

 

Azinformasiya.az  nazirliyə istinadən xəbər verir ki, hadisə ilə əlaqədar FHN-in Dövlət Yanğından Mühafizə Xidmətinin qüvvələri dərhal əraziyə cəlb olunub.

Hadisə yerində əməliyyat şəraiti qiymətləndirilərkən yaşayış evlərinin yaxınlığında məişət tullantılarının yandığı müəyyən edilib.

Yanğınsöndürənlərin çevik müdaxiləsi sayəsində yanğın genişlənərək ətraf ərazilərə yayılmasına imkan verilmədən qısa müddətdə söndürülüb.

 

Azinformasiya.az

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir