Beyləqanda avtomobil piyadanı vuraraq öldürüb

Beyləqanda avtomobil piyadanı vuraraq öldürüb.

 

Azinformasiya.az  xəbər verir ki, hadisə magistral küçənin 16-cı kilometrliyindən Yuxarı Qarabağ kanalı istiqamətində baş verib.

Nağıyev Akif Xanağa oğlu özünə məxsus “VAZ 2104” markalı avtomobillə hərəkətdə olarkən idarəetməni itirib, qarşı hərəkət zolağına çıxaraq yolun hərəkət hissəsinin sol kənarında dayanan piyada Şirinov Səyyaf Qədir oğlunu vurub.

Piyada aldığı xəsarətlərdən hadisə yerində ölüb.

Faktla bağlı araşdırma aparılır.

 

Azinformasiya.az

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir