Kürdəmirdə qəza olub, 7 nəfər xəsarət alıb

Kürdəmirdə ağır yol nəqliyyat hadisəsi olub, xəsarət alanlar var.

 

Azinformasiya.az  xəbər verir ki, hadisə Bakı – Qazax yolunun rayonun Sığırlı kəndindən keçən hissəsində baş verib. “Mercedes” markalı mikroavtobus Gəncə istiqamətində hərəkətdə olarkən qarşısında əks istiqamətdə hərəkət edən “VAZ 2107” markalı minik maşını ilə toqquşub. Nəticədə, 1957-ci il təvəllüdlü Hüseynova Həqiqət Abdulhəmid qızı, 2004-cü il təvəllüdlü Məmmədova Zərifə Zahid qızı,1980-cı il təvəllüdlü Bəşirov Ramal Vaqif oğlu,1991-cu il təvəllüdlü Hüseynov Vasif Hüseyn oğlu,1978-ci il təvəllüdlü Məmmədova Ziyafət Zəkəriyyə qızı,1999-cu il təvəllüdlü Rəfiyev Sübhan Şahin oğlu və 1952-ci il təvəllüdlü Allahverdiyev Teyyub Nurəddin oğlu müxtəlif dərəcəli ağır bədən xəsarətləri alaraq Kürdəmir Rayon Mərkəzi Xəstəxanasına aparılıblar.

Faktla bağlı araşdırma aparılır.

 

Azinformasiya.az

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir