Türkiyəli alimlər qabaqcıl optik texnologiyadan istifadə edərək cəmi 10 saniyədə koronavirus infeksiyasını müəyyən edən cihaz hazırlayıblar.
Azinformasiya.Az xəbər verir ki, bu barədə cihazın hazırlandığı Bilkent Universitetinin rəsmi veb-saytında məlumat verilib.
“Bu cihazla ağız suyundan götürülən nümunədə ən geci 10 saniyə ərzində COVID-19 infeksiyasına səbəb olan virusu aşkar etmək olar”, – deyə açıqlamada qeyd olunub.
Cihaza “Diagnovir” adı verilib.
Cihaz aparılan pre-klinik tədqiqatlarda virusların aşkarlanmasında 99% effektivlik göstərib.
“Diagnovir”in kütləvi istehsalına başlayacağı planlaşdırılır.