Göygöldə ikimərtəbəli ev yanıb

Göygöldə yanğın hadisəsi olub.

 

Azinformasiya.az  xəbər verir ki, hadisə rayonun Firuzabad kəndində baş verib. Kənd sakininə məxsus ümumi sahəsi 300 kv metr olan ikimərtəbəli fərdi yaşayış evində anidən yanğın olub. Dərhal hadisə yerinə FHN-in yanğınsöndürən avtomobilləri və canlı qüvvəsi cəlb olunub.Yanğın zamanı evin 155 kv metri əşyaları ilə birlikdə yanıb.

Yanğın söndürülüb, evin qalan hissəsi yanğından mühafizə edilib.

 

Azinformasiya.az

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir