Bakıda yol qəzasında piyada ölüb, sərnişin yaralanıb

Bakının Zabrat qəsəbəsində yol-nəqliyyat hadisəsi olub.

 

Azinformasiya.az  xəbər verir ki, “Lada Priora” markalı avtomobil hərəkətdə olan zaman piyada zolağında yolu keçən 1982-ci il təvəllüdlü Məmmədov Kamil Etibar oğlunu vurub.

Piyada aldığı xəsarətlər nəticəsində hadisə yerində dünyasını dəyişib.

Avtomobildə olan sərnişin 1993-cü il təvəllüdlü Musazadə Elvin Qəhrəman oğlu gözündən aldığı xəsarətlərlə bağlı Z.Əliyeva adına göz xəstəxanasına yerləşdirilib.

Faktla bağlı araşdırma aparılır.

 

Azinformasiya.az

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir