Türkiyə Türk Dövlətləri Təşkilatına (TDT) üzv ölkələrlə münasibətlərin institusionallaşmasını vacib hesab edir.
Azinformasiya.az xəbər verir ki, bu barədə Türkiyə XİN rəhbəri Hakan Fidan “Anadolu Agentliyi“nə müsahibəsində bildirib.
“Bizim başda Azərbaycan və Özbəkistan olmaqla TDT ölkələri ilə keçirdiyimiz bütün iclaslarda ortaq planlaşdırma qruplarımız var, ixtisaslaşdırılmış komitələrimiz fəaliyyət göstərir. Biz burada yaxşı nəticələr əldə etdiyimizi görürük. Türkiyə digər TDT ölkələri ilə müqayisədə daha böyük iqtisadiyyat və teknoloji imkanlara sahib dövlətdir və biz bu potensialı digər qardaş ölkələrimizlə necə paylaşa biləcəyimizi araşdırırıq”, – deyə nazir vurğulayıb.
Azinformasiya.az