NATO rəhbərliyinin Rusiya Federasiyasına Qərb silahları ilə mümkün hücumların nəticələri ilə bağlı Prezident Vladimir Putinin bəyanatlarını nəzərə almaq istəməməsi təhlükəli və qeyri-peşəkar addımdır.
Azinformasiya.az xəbər verir ki, bunu Rusiya Prezidentinin mətbuat katibi Dmitri Peskov bildirib.
O, NATO-nun baş katibi Yens Stoltenberqin Kiyevə Rusiya ərazisini Qərb silahları ilə vurmağa icazə verəcəyi təqdirdə təşkilatın Ukraynadakı münaqişənin bir hissəsinə çevrilməyəcəyi ilə bağlı bəyanatlarını belə şərh edib:
“Rusiya Prezidentinin bəyanatlarını ciddi qəbul etməmək üçün belə bir istək tamamilə qeyri-uzaqgörənlik, qeyri-peşəkar addımdır. Aydındır ki, qısa müddətdən sonra Stoltenberq artıq deyilən sözlərə görə məsuliyyət daşımayacaq, ancaq bu mövqe son dərəcə təxribatçı və təhlükəlidir”.
Azinformasiya.az