Yaxın Şərqdə vəziyyət nəzarətdən çıxa bilər.
Azinformasiya.az xəbər verir ki, bunu Kremlin rəsmi nümayəndəsi Dmitri Peskov sentyabrın 17-də Livanda peycerlərin kütləvi partlayışına münasibət bildirərkən deyib.
Onun sözlərinə əsasən, Livanda peycerlərin kütləvi partlayışları regionda gərginliyin artmasına gətirib çıxarır. “Bu regionda vəziyyətin nəzarətdən çıxması üçün tətikçi ola bilər”, – deyə Kremlin sözçüsü vurğulayıb.
Peskov, həmçinin qeyd edib ki, rusiyalı ekspertlər ölkədə belə bir halın baş verməməsi üçün Livanda peycerlərin kütləvi şəkildə partlamasının səbəblərini öyrənəcəklər: “Biz ilk növbədə bu vəziyyətlə məşğul olmalıyıq. Bu hadisənin tam şəkildə araşdırılması və baş verənlərin səbəblərini müəyyənləşdirmək lazımdır. Əlbəttə ki, burada və digər yerlərdə oxşar risklərin aradan qaldırılması üçün tədbirlər görmək lazımdır”.
Azinformasiya.az