Paşinyan: KTMT Ermənistanın təhlükəsizliyinə, onun gələcək mövcudluğuna və suverenliyinə təhdiddir

Ermənistan suverenliyinə təhdid yaratdığı üçün Kollektiv Təhlükəsizlik Müqaviləsi Təşkilatında (KTMT) iştirakını dondurub.

 

Azinformasiya.az  xəbər verir ki, bunu Ermənistanın Baş naziri Nikol Paşinyan Ümumdünya Erməni Sammitində deyib.

Paşinyan vurğulayıb ki, KTMT Ermənistanın təhlükəsizliyinə, onun gələcək mövcudluğuna və suverenliyinə təhdidlər yaradır.

O, eyni zamanda bəyan edib ki, ölkəsi bu təşkilatla bağlı geri dönülməsi mümkün olmayan nöqtəyə yaxındır.

 

Azinformasiya.az

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir