Almaniyanın Köln şəhərində həftə ərzində ikinci dəfə partlayış baş verib.
Azinformasiya.az xəbər verir ki, bu barədə “DW” məlumat verib.
Yerli media WDR ən azı yoldan keçən bir nəfərin yaralandığını və iki gün əvvəl baş vermiş insidentdə istifadə olunan materialdan istifadə edildiyini bildirib.
Qeyd edək ki, hadisə iki gün əvvəl Kölndəki gecə klubunun yaxınlığında baş vermiş partlayış hadisəsindən cəmi 100 metr məsafədə olub.
Səlahiyyətlilər iki partlayış arasında əlaqənin olub-olmadığını açıqlamayıb.
Azinformasiya.az