Rusiyanın Çelyabinsk şəhərində orta məktəbdə uşaq çəkiclə sinif yoldaşlarına və müəllimlərinə hücum edib.
Azinformasiya.az xəbər verir ki, bu barədə Çelyabinsk vilayəti qubernatoru Aleksey Teksler bildirib.
Onun sözlərinə əsasən, şagirdlər və müəllimlər arasında yaralananlar var. Zərərçəkənlər xəstəxanaya yerləşdirilib.
Hüquq-mühafizə orqanları, şəhər meri və Uşaq Hüquqları üzrə Ombudsman hadisə yerindədir.
Faktla bağlı araşdırma aparılır.
Azinformasiya.az