Hindistanın Uttar Pradeş ştatının Meerut bölgəsində güclü yağış nəticəsində 3 mərtəbəli bina çöküb.
Azinformasiya.az xəbər verir ki, bu barədə “Hindustan Times” qəzeti məlumat yayıb.
Faciədən sonra dağıntılar altında qalanlar üçün axtarış-xilasetmə işlərinə başlanılıb.
Hindistan səlahiyyətliləri binanın çökməsi nəticəsində 10 nəfərin həyatını itirdiyini, dağıntılar altından çıxarılan 5 nəfərə tibbi yardım göstərildiyini qeyd edib.
Azinformasiya.az