Ermənistan hökuməti ölkənin Hərbi Hava Qüvvələrinin müasir tələblərə uyğunlaşdırılması üçün Hindistana müraciət edib.
Azinformasiya.az xəbər verir ki, bu barədə yazı “The Print” elektron nəşrində dərc olunub.
Öz mənbələrinə istinad edən sayt bildirir ki, rəsmi İrəvan Hindistan hökumətindən özünün malik olduğu “Su-30” hərbi təyyarələri, o cümlədən “hava-yer” tipli raketlərin təkmilləşdirilməsini də istəyib.
Yazıda, eyni zamanda Ermənistan Hərbi Hava Qüvvələrində 272 ədəd “Su-30 MKI” qırıcılarının günün tələbləri səviyyəsində yenilənməsinə ehtiyac olduğu açıqlanıb.
Azinformasiya.az