Rusiya Donetskdə BQXK-nin avtomobilini atəşə tutub, Komitənin üç əməkdaşı həlak olub

Rusiya ordusu Donetskdə Beynəlxalq Qızıl Xaç Komitəsinə (BQXK) məxsus avtomobili atəşə tutub.

 

Azinformasiya.az  Ukrayna mediasına istinadən xəbər verir ki, nəticədə ölən və yaralananların olduğu açıqlanıb.

Bildirilib ki, hadisə komitə əməkdaşları Verolyubovka kəndində olarkən baş verib.

Ukrayna Ombudsmanı Dmitri Lyubinets Rusiyanın artilleriya zərbələrinin BQXK-nın humanitar yük avtomobilinə tuş gəldiyini, BQXK-nın 3 əməkdaşının həlak olduğunu açıqlayıb.

Ombudsman BQXK-nın daha iki əməkdaşının yaralandığını bildirib.

 

Azinformasiya.az

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir