NATO-nun Baş katibi Yens Stoltenberq bildirib ki, müttəfiqlər gələn il ərzində Ukraynaya 40 milyard avro ayırmaq niyyətindədir.
Azinformasiya.az NATO-nun saytına istinadən xəbər verir ki, o, bu barədə Beynəlxalq Krım Platformasının IV Sammitinə ünvanladığı müraciətində bildirib.
Stoltenberq qeyd edib ki, NATO-nun dəstəyi “Ukraynaya bu gün özünü müdafiə etməyə və gələcəkdə Rusiya hücumlarının qarşısını almağa kömək edəcək”.
“Ukraynanın gələcəyi NATO-dadır və o, üzvlük üçün dönməz yoldadır. NATO-nun davamlı köməyi ilə Ukrayna suveren, müstəqil və demokratik dövlət kimi qalib gələcək”, -NATO baş katibi vurğulayıb.
Azinformasiya.az