Füzulidə yol qəzası olub, 1 nəfər ölüb, 2 nəfər xəsarət alıb

Füzulidə yol qəzası olub.

 

Azinformasiya.az  xəbər verir ki, hadisə rayonun Qayıdış qəsəbəsi ərazisində baş verib.

Belə ki, hərəkətdə olan “Toyota” markalı avtomobil qarşıdan gələn “VAZ” markalı avtomobillə toqquşub. Nəticədə “VAZ”ın sürücüsü, Füzuli rayon sakini 1981-ci il təvəllüdlü Elgün Bəylərov hadisə yerində ölüb.

“Toyota”nın sürücüsü, Qayıdış-4 qəsəbə sakini, 1990-cı il təvəllüdlü Şükürov Nicat Qafar oğlu və sərnişin Füzuli rayon Qayıdış-5 qəsəbə sakini, 1981-ci il təvəllüdlü İsmayılov Səlim Mərdan oğlu müxtəlif dərəcəli xəsarətlər alıblar. Yaralılar rayon mərkəzi xəstəxanasına çatdırılıb.

Faktla bağlı araşdırma aparılır.

 

Azinformasiya.az

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir