ABŞ Müdafiə Kəşfiyyat İdarəsinin Avropa Avrasiya Regional Mərkəzinin rəhbəri Patrik Prior Bakıya səfəri çərçivəsində Azərbaycan Respublikası Prezidentinin köməkçisi – Prezident Administrasiyasının Xarici siyasət məsələləri şöbəsinin müdiri Hikmət Hacıyevlə görüşüb.
Azinformasiya.az xəbər verir ki, bu barədə ABŞ-ın Azərbaycandakı səfirliyi X sosial şəbəkəsindəki səhifəsində paylaşım edib.
Qeyd edilib ki, görüşdə ABŞ-Azərbaycan münasibətləri və təhlükəsizlik sahəsində əməkdaşlıq müzakirə edilib.
Azinformasiya.az