Ukrayna Ali Radasının binası yaxınlığında PUA qalıqları tapılıb

Rusiyanın ötən gecə baş verən hücumdan sonra Ukrayna parlamentinin (Ali Rada) binası yaxınlığında pilotsuz uçuş aparatının (PUA) qalıqları tapılıb.

 

Azinformasiya.az  xəbər verir ki, bu barədə Ukrayna Hərbi Hava Qüvvələrinə istinadən UNİAN məlumat yayıb.

Qeyd edilib ki, Rusiya ötən gecə Ukrayna ərazisinə hücumda ümumilikdə 67 uzaqmənzilli pilotsuz uçan aparat atıb, onlardan 58-i zərərsizləşdirilib

Radanın mətbuat xidməti məlumatı təsdiqləyərək, heç bir dağıntının aşkar edilmədiyini bildirib.

 

Azinformasiya.az

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir