Çinin cənubundakı Hainan adasında güclü qasırğa nəticəsində iki nəfər ölüb və ən azı 92 nəfər yaralanıb.
Azinformasiya.az xəbər verir ki, bu barədə “Xinhua“ məlumat yayıb.
Tayfun 800 mindən çox evin elektrik enerjisi kəsilməsinə səbəb olub.
Qeyd edək ki, Yagi tayfunu son on ildə regionda ən güclü tayfunlardan biri kimi təsvir edilir.
Azinformasiya.az