Ukrayna Prezidenti Vladimir Zelenski Almaniyaya gedib. O, Ramşteyn aviabazasında Təmas Qrupunun iclasında iştirak edəcək.
Azinformasiya.az xəbər verir ki, bu barədə o, “X” səhifəsində yazıb.
“Mən Təmas Qrupun iclasında iştirak edəcəyəm və ABŞ-nin müdafiə naziri Lloyd Ostin və Almaniyanın müdafiə naziri Boris Pistorius ilə görüşəcəyəm, daha sonra isə Almaniya Kansleri Olaf Şoltsla danışıqlar aparacağam”, -o qeyd edib.
Vladimir Zelenski, həmçinin bildirib ki, Almaniyadan sonra növbəti səfəri İtaliyaya olacaq. O, İtaliyada “Ambrozetti” Beynəlxalq İqtisadi Forumunda iştirak edəcək.
Azinformasiya.az