Gürcüstanın Baş naziri Saakaşvilinin partiyasının ləğv edilməsini təklif edib

Gürcüstanın Baş naziri İrakli Kobaxidze keçmiş prezident Mixeil Saakaşvilinin lideri olduğu “Vahid Milli Hərəkat” partiyasının ləğvini təklif edib.

 

Azinformasiya.az  xəbər verir ki, bu barədə o, “İmedi” telekanalına müsahibəsində danışıb.

O 1945-ci ildə Almaniyada Adolf Hitlerin rəhbəri olduğu Nasional Sosialist Alman Fəhlə Partiyasının nümunəsinin M. Saakaşvilinin siyasi təşkilatına da tətbiq olunmasını tələb edib:

“Adolf Hitlerin partiyası 1945-ci ildən sonra siyasi səhnədə qalsaydı, parlamentdə cəmi 15-20 faiz səs toplayacaqdı. Almanlar isə vaxtında bu siyasi təşkilatdan xilas oldular. Biz də “Vahid Milli Hərəkat” Partiyasını ləğv etməliyik”.

Kobaxidze vurğulayıb ki, Saakaşvili hakimiyyətə qayıtsa, Gürcüstanın Avropa İttifaqına üzvlük perspektivi sıradan çıxacaq.

 

Azinformasiya.az

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir