Türkiyə Prezidenti BRICS sammitində iştirak dəvətini qəbul edib

Türkiyə prezidenti Rəcəb Tayyib Ərdoğan Rusiya hakimiyyətinin Kazanda keçiriləcək BRICS sammitində iştirak dəvətini qəbul edib.

 

Azinformasiya.az  xəbər verir ki, bu barədə Rusiya dövlət başçısının köməkçisi Yuri Uşakov bildirib.

Onun sözlərinə əsasən, təklif Türkiyə tərəfinə çatdırılıb və Ərdoğan bunu qəbul edib.

Qeyd edək ki, BRICS sammiti 2024-cü il oktyabrın 22-24-də Kazanda keçiriləcək.

 

Azinformasiya.az

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir