İsrailin Baş naziri Benyamin Netanyahu Qəzzada girovlarla bağlı razılaşmanın olmamasında HAMAS-ı günahlandırıb.
Azinformasiya.az xəbər verir ki, Netanyahu altı girovun ölümündən kədərləndiyini bildirib.
O deyib ki, qətllər HAMAS-ın atəşkəs razılaşmasını istəmədiyini sübut edir:
“İsrail razılığa gəlmək üçün vasitəçilərlə intensiv danışıqlar aparır, HAMAS hər hansı təklifi qəti şəkildə rədd etməkdə davam edir”.
Azinformasiya.az