Qarabağ məsələsi müəyyən məqamda həm Ermənistana, həm də ölkənin müstəqilliyinə təsir alətinə çevrildi.
Azinformasiya.az Ermənistan mətbuatına istinadən xəbər verir ki, bunu Ermənistanın baş naziri Nikol Paşinyan bəyan edib.
O qeyd edib ki, həm ölkə daxilində, həm də xaricdə bu məsələdən Ermənistanın müstəqillikdən məhrum edilməsi üçün vasitə olaraq yararlanmaq istəyənlər var.
Ermənistan Baş nazirinin sözlərinə əsasən, onların ünvanları hər kəsə məlumdur.
Azinformasiya.az