KİV: ABŞ Ukraynaya verdiyi “F-16” təyyarələrinə texniki xidmət göstərməyəcək

ABŞ tərəfi Ukraynaya təhvil verdiyi “F-16” qırıcılarına texniki xidmət üçün personal ayrılmasından imtina edib.

 

Azinformasiya.az  xəbər verir ki, bu barədə “The Wall Street Journal” qəzeti yazıb.

Məqalədə bildirilir ki, qərar Pentaqon və digər dövlət strukturlarının tövsiyəsi ilə risklərin qarşısının alınması üçün verilib:

“ABŞ-nin Mərkəzi Kəşfiyyat İdarəsi Rusiyaya mümkün hücumun gözlənilməz nəticələrinə dair narahatlığını bildirib. Buna görə də Dövlət Departamentinin verdiyi qərar sonradan dəyişdirilib. Bu addımın atılmasına həm də Ukraynada “F-16” təyyarəsinin qəzaya uğraması da səbəb olub”.

 

Azinformasiya.az

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir