Cəlilabadda yol qəzası olub, iki nəfər xəsarət alıb

Cəlilabadda yol qəzası olub.

 

Azinformasiya.az  xəbər verir ki, hadisə köhnə Ələt-Astara magistralının Cəlilabad rayonun mərkəzindən keçən hissəsində baş verib.

“Toyota” markalı avtomobil “Opel” markalı nəqliyyat vasitəsi ilə toqquşub.

Hər iki nəqliyyat vasitəsinin sürücüsü xəsarət alıb. Onlar rayon mərkəzi xəstəxanasına aparılıblar. Qəzalı avtomobillər, yolun açılması üçün təcili olaraq hadisə yerindən götürülüb.

Faktla bağlı araşdırma aparılır.

 

Azinformasiya.az

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir