Borrell: Rusiya ilə müharibə istəmirik, lakin Ukraynaya dəstəyi davam etdirəcəyik

“Ukraynaya Rusiya ərazisinə zərbə endirilməsinə icazə verilməsi bu ölkə ilə müharibə istədiyimiz anlamına gəlmir. Çünki, bu çoxsaylı insan itkisinə səbəb ola bilər”.

 

Azinformasiya.az  xəbər verir ki, bunu Avropa İttifaqının (Aİ) xarici siyasət və təhlükəsizlik məsələləri üzrə ali nümayəndəsi Cozep Borrell bildirib.

O qeyd edib ki, hazırda Aİ-nin potensialı bilavasitə Ukraynaya yönəlib: “Dünən biz bununla bağlı uzunmüddətli müzakirə apardıq. Müdafiə nazirləri əsasən Ukrayna məsələsi ətrafında fikir mübadiləsi aparırdılar. Biz həm siyasi, həm maliyyə və hərbi, həm də sənaye potensialımızı Ukraynaya dəstək üçün istifadə edirik. Heç kim hər bir Avropa dövlətinin ordusunun Ukraynaya dəstək üçün gördüyü tədbirləri və bu məqsədlə hansı məbləğdə vəsaitin sərf olunduğunu təsəvvür edə bilməz. Biz əldə olunan nəticələrdən məmnunuq. Böyük Britaniya Avropada sənaye potensialının möhkəmlənməsi üçün əlindən gələni edir. Bu məqsədlə avqustun sonunda biz Ukraynaya 1 milyon ədəd əvəzinə 700 min ədəd artilleriya mərmisi tədarük etmişik. Nə biz, nə də başqa dövlətlər Rusiya ilə müharibə istəyir. Çünki bu, çoxsaylı insan itkisinə səbəb ola bilər. Lakin biz Ukraynaya dəstəyi davam etdirəcəyik”.

 

Azinformasiya.az

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir