Əfqanıstan Ordusunun Baş Qərargah rəisi: Ölkədə İŞİD tamamilə məhv edilib

“Əfqanıstanda İŞİD tamamilə məhv edilib”.

 

Azinformasiya.az  yerli “Tolo News” telekanalına istinadən məlumatına görə, bunu Əfqanıstan Ordusunun Baş Qərargah rəisi Qari Fasihuddin Fitrat bildirib.

O qeyd edib ki, Əfqanıstan ərazisi təhlükəsizdir, ölkəsi isə qonşuları üçün təhdid deyil.

Qeyd edək ki, avqustun 27-də Pentaqonun mətbuat katibi Patrik Rayder adı çəkilən ölkədə çox sayda terror qruplaşmalarının mövcud olduğunu açıqlayıb.

Onun sözlərinə əsasən, ölkəsi İŞİD-in İranın Xorasan şəhərindəki qanadından yönələ biləcək təhlükələri diqqətlə izləyir.

Xatırladaq ki, indiyə kimi dəfələrlə Əfqanıstan ərazisində İŞİD-in Xorasan qanadı tərəfindən çoxsaylı insan tələfatına səbəb olan partlayışlar təşkil olunub.

 

Azinformasiya.az

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir