Pezeşkian polis təcridxanasındakı şəxsin işgəncə ilə öldürülməsi faktını araşdırmağı tapşırıb

İran Prezidenti Məsud Pezeşkian ölkənin şimalında yerləşən Lahican şəhərində saxlanılan şəxsin ölümü ilə bağlı araşdırma aparılmasına dair göstəriş verib.

Azinformasiya.az  xəbər verir ki, bu barədə hökumətin ictimaiyyətlə əlaqələr şöbəsinin rəhbəri Elias Həzrəti bildirib.

“Lahicandakı faciəli hadisədən sonra Prezident daxili işlər nazirinə bu hadisənin bütün aspektlərini araşdırmaq və nəticələrini mümkün qədər tez kabinetə bildirmək üçün komissiya yaratmağı tapşırıb”, – o qeyd edib.

İranlı fəalların hüquqlarını müdafiə edən “Hengaw” təşkilatı bildirib ki, 36 yaşlı Məhəmməd Mirmusəvi avqustun 24-də xüsusi təyinatlı polis əməkdaşları tərəfindən saxlanılıb. Daha sonra o, Lahican rayonunda polis bölməsinə aparılıb və orada işgəncələrə məruz qalaraq ölüb.

Qeyd edək ki, sosial medianın İran seqmetində Məhəmməd Mirmusəvinin işgəncəyə məruz qaldığı görüntülər yayıldıqdan sonra hadisə ilə bağlı beş polis saxlanılıb. Lahican prokuroru Məhəmməd Mirmusəvinin ölümündə iştirak ittihamı ilə ərazidə olan 5 polis əməkdaşının müvəqqəti saxlanıldığını təsdiqləyib.

 

Azinformasiya.az

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir