Ucarda evdə yanğın olub

Ucarda fərdi yaşayış evi yanıb.

 

Azinformasiya.az  xəbər verir ki, hadisə bu gün rayonun Şahlıq kəndində baş verib.

Kənd sakini, 1984-cü il təvəllüdlü Əlvan Əlizadə oğlu Mirzəliyevə məxsus ümumi sahəsi 300 kvadratmetr olan ikimərtəbəli, 8 otaq, 2 mətbəxdən ibarət olan ev əşyaları ilə birlikdə tamamı ilə yanıb. Hadisə yerinə Fövqəladə Hallar Nazirliyinin Ucar Rayon Yanğından Mühafizə Hissəsinin texnikası və canlı qüvvəsi cəlb olunub. Yanğın söndürülüb . Yaxındaki tikililərə yanğının keçməsinin qarşısı alınıb.

Hadisə zamanı ölən və xəsarət alan olmayıb.

Yanğının hansı səbəbdən baş verməsi hələlik məlum deyil.

Faktla bağlı araşdırma aparılır.

 

Azinformasiya.az

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir