Ukraynanın maliyyə naziri Sergey Marçenko Qərb müttəfiqlərini 50 milyard dollarlıq kreditin verilməsini sürətləndirməyə çağırıb.
Azinformasiya.az xəbər verir ki, bu barədə “Financial Times” məlumat yayıb.
Məlumata əsasən, nazir qeyd edib ki, Kiyev silah tədarükünün gecikdirilməsinin büdcə kəsirinin artmasına səbəb olduğunu iddia edir, bu səbəbdən Ukrayna ordusunu saxlamaq üçün pul axtarmağa məcburdur.
O, xüsusilə ABŞ-dan yavaş silah tədarükünün hərbi xərclərin 12 milyard dollar artmasına səbəb olduğunu vurğulayıb.
ABŞ-ın 27 milyard dollar həcmində birbaşa hərbi yardımı bu ilin aprelində Konqres tərəfindən təsdiqlənib, lakin onun buraxılışı ləng gedir. “Biz hələ də lazımi silah, sursat və mərmi çatışmazlığı yaşayırıq”, – deyə Marçenko vurğulayır.
Azinformasiya.az