Rusiyanın hərbi karvanı Kurskda atəşə tutulub, 26 hərbçi həlak olub, 100-dən çoxu yaralanıb

Ukrayna ordusunun Rusiyanın Kursk vilayətində hərbi maşın karvanını atəşə tutması nəticəsində 26 nəfər hərbi qulluqçu ölüb, 100-dən çoxu isə yaralanıb.

 

Azinformasiya.az  xəbər verir ki, bu barədə Ukraynanın teleqram kanalları xəbər yayıb.

Məlumata əsasən, HIMARS-dan endirilən zərbələr zamanı Rusiya tərəfindən döyüşən bir batalyon sıradan çıxarılıb.

Ehtimal olunur ki, Ukrayna tərəfi sözü gedən hərbi əməliyyat zamanı HIMARS raketlərindən istifadə edib. Hədəfə ümumilikdə 12 raket atılıb.

 

Azinformasiya.az

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir